Modern.az

Hillari Klintonun baş nazirlə məxfi YAZIŞMASI: “Ancaq “təhlükəsiz kanal"la...”

Hillari Klintonun baş nazirlə məxfi YAZIŞMASI: “Ancaq “təhlükəsiz kanal"la...”

1 Sentyabr 2015, 14:58

 

ABŞ Dövlət Departamenti prezidentliyə namizəd Hillari Klintonun dövlət katibi postunda  olarkən yazdığı 70 min səhifədən artıq elektron yazışma materiallarını dərc edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 125 məktub redaktə olunmuş formada təqdim olunub. Dövlət Departamentinin rəsmi sözçüsü Mark Toner həmin elektron məktubların hazırda məxfi saxlanıldığını, amma Hillari Klintonun yazışmalar zamanı məktubları açıq saxladığını deyib.  

Keçmiş dövlət katibi daha çox öz yaxın məsləhətçiləri ilə, məsələn, Sidni Blümentalla yazışıb. Məlumata görə, Blümental Klintonla yalnız rəsmi informasiyaları deyil, həm də siyasi şaiyələri paylaşıb.   

2010-cu ilin mayında Böyük Britaniyadakı seçkilərlə bağlı Blümentaldan məlumat əldə edən Klinton ona “mən sizin məktubunuzu Billə göstərdim, o, bunu əla adlandırdı! İmkan olduqca, yenə yazın!” – deyə məlumat ötürüb.

Ehtimal olunur ki. “Bill” deyəndə keçmiş dövlət katibi öz həyat yoldaşı Bill Klintonu nəzərə tutur.   1997-2001-ci illərdə Sidni Blümental Bill Klintonun məsləhətçisi olub.

Dərc olunan məktublarda Qırğızıstandakı situasiya, ABŞ-ın İrana münasibəti, Venesuela və İrandakı durumla bağlı şərhlər yer alıb. Amma həmin məktubların əksəriyyəti məxfilik şəraitindədir. 2010-cu ilin sentybarında Klinton keçmiş baş nazir Toni Bleirdən xahiş edir ki, Yaxın Şərqdəki sülh danışıqlarına öz dəstəyini versin. Amma Toni Bleir ancaq “təhlükəsiz kanal” vasitəsilə bu təklifi müzakirə etməyə hazır olduğunu deyir.

Açıqlanan yazışmaların çoxu Hillari Klintonun öz köməkçiləri ilə gündəlik iş rejimi, zənglər və görüşlər barədə müzakirəsi ilə keçir.  

Hillari Klintonun dövlət katibi olarkən dövlət deyil, şəxsi elektron ünvanı vasitəsilə məktublaşmasına görə ciddi tənqidlərə məruz qalmışdı.

2009-2013-cü illərdə dövlət katibi olan Klinton isə şəxsi ünvanından gizli məlumatları ötürmədiyini iddia etmişdi.   Hillari Klinton ABŞ prezidentliyinə Demokratlar Partiyasından ən real namizəd sayılır.  

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi