Modern.az

Bu gün İnternetin 40 yaşı tamam olur

Bu gün İnternetin 40 yaşı tamam olur

2 Sentyabr 2009, 11:32

Bu gün internetin 40 yaşı tamam olur. Məhz 1969-cu ilin sentyabr ayının 2-də 20 tədqiqatçıdan ibarət qrup Kaliforniya Universitetində Len Klyanrokun laboratoriyasında toplaşaraq görünməmiş bir prosesin şahidi olublar: iki kompüter uzunluğu üç metr olan boz rəngli kabel vasitəsilə bir-birinə mətnli məlumat göndərməyə başlayıblar. Bununla da internetin prototipinə, Arpanet şəbəkəsinə start verilib.

Məhz həmin tarix bu gün bizim internet adlandırdığımız fenomenin yaradılması tarixi hesab olunur. 70-ci illərdə elektron poçt və TCP/IP protokolu, 80-ci illərdə ünvanlar sistemi yaradılıb. 90-cı illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin fiziki Tim Bernes-Li məsafədə olan məlumatlara yeni və olduqca daha asan çıxış üsulu, yəni Qlobal Şəbəkəni icad edəndən sonra internet evlərə gəlib

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir