Modern.az

Timoşenko yenidən baş nazir olmaq iddiasındadır

Timoşenko yenidən baş nazir olmaq	iddiasındadır

2 Sentyabr 2015, 11:22


“Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko baş nazir Arseniy Yatsenyukun yerinə gəlməyə çalışır.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə “Pyotr Poroşenkonun Bloku”nun parlament fraksiyasındakı mənbəsi Radikal Partiyasının lideri Oleq Lyaşkonun Ali Radada koalisiyadan çıxmasını şərh edərkən deyib.

Mənbə bildirib ki, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko növbədənkənar prezident seçkilərinin keçirilməsinin çətin olduğunu anlayır.

“O, başa düşür ki, növbədənkənar prezident seçkiləri çətin olacaq. Buna görə də onun baş nazir olması perspektivi realdır. Timoşenko şəxsən Oleq Lyaşkodan fərqli olaraq Ukrayna prezidenti Pyotr Poroşenkoya  hücum etmək niyyətində deyil. Bununla yanaşı, o, bundan sonra Samapomiç Partiyasının prezidentin siyasətini kəskin şəkildə tənqid edəcəyini proqnozlaşdırıb”- , mənbə qeyd edib.

Yuliya Timoşenko 2005-ci ildə və 2007-2010-cu illərdə Ukraynanın baş naziri vəzifəsində çalışıb.  

Məlumat üçün bildirək ki, Ukrayna Konstitusiyasına dəyişikliyin qəbul edilməməsinə nail ola bilməyən Radikal Partiyası parlament koalisiyasından çıxdığını və prezident Pyotr Poroşenkonun kursu ilə qətiyyən razılaşmadığını bəyan edib.

Radikalların rəhbəri Oleq Lyaşko bu addımı Donbasa yerli özünüidarəetmə ilə bağlı xüsusi status verilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə bu,  Ukraynanın suverenliyinə zərbədir və məsuliyyət şəxsən dövlət başçısının üzərinə düşür.  

Lyaşko deyib ki, bundan sonra koalisiyada qalmaları mümkün deyil və bu koalisiya prezident Poroşenkonun, spiker Qroysmanın əlləri ilə faktiki dağıdılıb.    

Aqşin Kərimov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?