Modern.az

Dünyada ilk dəfə göy çaxır satışa çıxarıldı

Dünyada ilk dəfə göy çaxır satışa çıxarıldı

2 Sentyabr 2015, 17:43


Qırmızı, ağ və çəhrayı çaxırı unudun – indi göy çaxır içməyin vaxtıdır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İspaniyanın gənc iş adamları Bask Ölkələri Universiteti ilə əməkdaşlıq sayəsində dünyada ilk dəfə Gik adlanan göy çaxır istehsal ediblər.

Yeni çaxırın istehsalına İspaniyanın şimal-qərbindəki Berso rayonunda başlanılıb. Bu çaxırın tərkibi qırmızı və ağ üzümdəndir, sonradan rənginin dəyişməsi üçün indiqo piqmenti - maddəsi əlavə edilir. Çaxırın tündlülüyü 11,5 faizdir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir