Modern.az

Prezident bir neçə icra başçısını tutduğu vəzifədən azad etdi

Prezident bir neçə icra başçısını tutduğu vəzifədən azad etdi

2 Sentyabr 2015, 18:15


Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev bir neçə icra başçısı ilə bağlı sərəncam imzalayıb.

Ölkə başısının sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Abşeron rayon İcra Hakimiyyətinin başçısı postundan azad olunaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ölkə başçısının daha bir sərəncamı ilə Eldar Əzizov Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov da tutduğu postdan azad edilib. Asif Əsgərov  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Nəsib Məhəmməd oğlu Məhəməliyev isə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır