Modern.az

İŞİD ABŞ-a qarşı kimyəvi, bioloji və nüvə silahından istifadə edə bilər

 İŞİD ABŞ-a qarşı kimyəvi, bioloji və nüvə silahından istifadə edə bilər

Dünya

2 Sentyabr 2015, 22:51

 

Modern.az xəbər verir ki,  ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni CNN telekanalına müsahibəsində şok yaradan fikri bildirib.

Onun sözlərinə görə, İŞİD silahın istənilən növünə malikdir və ABŞ-ın daxili təhlükəsizliyi ciddi təhdid altındadır.

İŞİD terroçularının kimyəvi, bioloji və nüvə silahından ABŞ-a qarşı istifadə edə biləcəyini deyən Dik Ceyni 11 sentyabr 2001-ci hücumlarının təkrarlanacağını istisna etmir: “Yeni hücum daha “öldürücü  silah”ın istifadəsi ilə həyata keçirilə bilər”.

Dik Çeyni həmçinin İŞİD-in sürətlə yayılmasına görə prezident Barak Obamanı ittiham edib.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!