Modern.az

Prezident jurnalistləri birləşməyə çağırıb

Prezident jurnalistləri birləşməyə çağırıb

Media

21 Oktyabr 2010, 12:26

Türkiyə Qəzetçilər Federasiyasının toplantısına qatılan prezident Abdulla Gül bəyan edib ki, demokratiyanın varlığı azad mətbuatdan keçir. Bu barədə Modern.az –a toplantıda iştirak edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib. Onun sözləruinə görə, Gül deyib ki, azad mətbuat sahəsində Türkiyədə xeyli irəliləyişlər var.  Türkiyə prezidenti jurnalistlərə qarşı açılan məhkəmə davalarından xəbərdar olduğunu söyləyib.  

Medianı cəmiyyətdə şəffaflıq yaradan, bütün sahələrə nəzarət edən bir qüvvə kimi qiymətləndirən Gül jurnalistlərə qarşı davadan narahat olduğunu  və işlərin məhkəmələrdə həll olunacağını deyib. Abdulla Gül jurnalistlərin də bundan yanlış istifadə etməsinə qarşı çıxıb və bunu “yolverilməz” adlandırıb. Üzünü jurnalistlərə tutan Gül “siz birləşin ki, güclü olasınız” deyib.    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı