Modern.az

Saakaşvilidən Ukraynanın baş nazirinə ağır İTTİHAM

Saakaşvilidən Ukraynanın baş nazirinə ağır İTTİHAM

4 Sentyabr 2015, 14:18


Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna hökumətinin rəhbəri Arseni Yasenyuku ittiham edib.

Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, Saakaşvili hökumətin aviabiletlərin qiyməti ilə bağlı sənədi müzakirə etməkdən imtina etməsini və qalmaqallı hadisədən sonra vəzifəsindən kənarlaşdırılan Dövlət Aviasiya Xidmətinin rəhbəri Denis Antonyukun yenidən vəzifə başına keçməsini şərh edib.  

“Yasenyuk hansı maraqlardan çıxış edir – Kolomoyskinin (ukraynalı oliqarx) yoxsa onmilyonlarla ukraynalı sərnişinin? Dünən Yasenyuk Kolomoyskinin xeyrinə qərar çıxardı.

Beləcə o müntəzəm olaraq Əhmədov (oliqarx) və digər oliqarxların xeyrinə qərarlar çıxardıb. Ukrayna hökumətini bütün bu oliqarx maraqlar idarə edir”.  

Mixail Saakaşvili Ukraynanın baş naziri olmaq istəmədiyini və hökumətin yenidən formalaşmasının vacibliyini vurğulamışdı.      

Vüqar İsmayılov   

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir