Modern.az

Bolqarıstanda türklərə öz dillərini öyrənməyə icazə verilmədi

Bolqarıstanda türklərə öz dillərini öyrənməyə icazə verilmədi

6 Sentyabr 2015, 19:49

Bolqarıstan parlamenti “Hüquq və azadlıqlar” partiyasının məktəblərdə ana dili öyrədilməsi ilə bağlı layihənin reallaşmasına qəti olaraq icazə verməyib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu partiyanın rəhbərliyi və üzvlərinin çoxu etnik türklərdir.

Beləliklə, xarici dil öyrədilməsi ilə bağlı ixtisaslaşan məktəbləri çıxmaq şərtilə bütün orta təhsil müəssisələrində bolqar dilinin keçilməsi vacibdir. Doğma dilləri bolqar olmayan məktəblilər, məsələn, türklər və ermənilər, öz dillərini yalnız fakültətiv predmet olaraq öyrənəcəklər.

“Hüquq və azadlıqlar” partiyasının nümayəndələri imtinanı milli azlıqların gizli assimilyası kimi qəbul ediblər.

 

 

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?