Modern.az

İŞİD II Yelizavetanı öldürməyi planlaşdırıb

İŞİD II Yelizavetanı öldürməyi planlaşdırıb

8 Sentyabr 2015, 11:21


Suriyada məhv edilən İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Britaniya kraliçası II Yelizavetaya sui-qəsd planlaşdırıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, terrorçular bu il Böyük Britaniyada 6 terror cihadı həyata keçirməyi planlaşdırıblar.

Məlumatda qeyd edilir ki, İŞİD tərəfində vuruşan Britaniyadan olan Cunayd Hüseyn və Reyyad Xan Britaniyanın pilotsuz təyyarəsi tərəfindən avqustun 21-də Suriyanın Rakka şəhərində məhv ediliblər. İddia edilir ki, məhz onlar kraliça  II Yelizavetanı öldürməyi planlaşdırıblar.

Niyyətlərini həyata keçirmək üçün yaraqlılar İkinci Dünya Müharibəsinin başa çatmasının 70 illiyi ilə bağlı Londonda keçirilən tədbir zamanı güclü təsir imkanına malik bomba partlatmağa hazırlaşıblarmış. Həmin tədbirdə kraliça ilə yanaşı, kral ailəsinin digər yüksək vəzifəliləri də iştirak ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı