Modern.az

Türk şəhidi, məni duy!

Türk şəhidi, məni duy!

Aktual

8 Sentyabr 2015, 13:14

Hər gün şəhid cənazələri gəlir ardı-ardına. Son bir neçə gündür eyni mənzərələri görürük nə təəssüf ki. Acımızla üz-üzə tabutda uyuyan gənc insanları əbədiyyətə uğurlayırıq. Sonra etiraz edirik. Etirazımızı fərqli dildə anladırıq. Səhfələrimizi siyaha bürüyüb, üzüntümüzü ağlamaqla dilə gətiririk... Amma atəş düşdüyü yeri yandırar.

Kim nə deyirsə, desin, Türk bayrağına sarılı tabuta göz yaşlarını axıdan nişanlı qədər içimiz yanmır. Əlləriylə böyütdüyü balasını gənc yaşında  şəhid verən ananın hiss etdiklərini anlamaq çox çətindir. Övladını əlləriylə məzara qoyan atanın duyğularına tərcüməçi olmaq belə, mümkün deyil. Qardaşının tabutu qarşısında göz yaşlarına boğulan bacının ağrıları izah edilə bilməz. “Açın tabutu, bəlkə qardaşım nəfəs alır” deyən bacının gözündəki  çarəsizliyə baxmaq içləri acıdır...

Yenə “Xəbərlər”də şəhid xəbəri izləyirəm. Yenə otağımı  anaların göz yaşı sel edib, yenə acı səslər... eşitməmək üçün kanalı dəyişib, vicdanımın “bax, gör və unutma" səsiylə yenidən baxmağa davam edirəm.


Şəhid cənazələrinin kölgəsindən yüksələn “'vətən bölünməz!” sözü kim bilir kimlərin ürəyinə qorxu salır... Bu ürək, bu dayanıqlılıq nə böyük və tükənməz xəzinə. O halda qorxaqlıq, ümidsizlik və tənbəllik bizim kitabımızda yoxdur!
 
Məni duyun! Şəhid olmadan bir gün əvvəl atasını axtarıb halallıq istəyən, gözünü qırpmadan vətən xainlərinin qarşısına tikilən igidlər! Qarlı dağları qanıyla yuyan Mehmetçik! Övladını itirən, amma özünü itirməmək üçün başını dik tutan, içindəki dərin ağrısıyla birlikdə qürur dolu gözlərlə komutanlara salam verən atalar! Üəyinin durma nöqtəsinə gəlməsinə baxmayaraq, “Bir oğlum daha olsa, o da vətənə fəda olsun” deyən analar! İki ay sonra evlənəcəyi nişanlısını torpağa gömərkən "toyumuzu cənnətdə edək" deyən sevdalı ürəklər!  Ərini, qardaşını, yaxınını itirsə də ürəyi vətən üçün çarpan vətənpərvər! Olan-bitəndən xəbərsiz, “Ata!” deyə tabuta baxan, yetimliyin acı dadını ağızındakı şokoladla qarışdıran minicik balalar!

Ey bu ölkəni həqiqətən sevən dostlar!  Unutmayın, şəhidlər ölməz, vətən bölünməz! Amma səbr etməyin, susmayın, terrora qarşı əl-ələ verin, bir olun! Səbr edərsəniz, bir olmazsanız, şəhidlər ölər, vətən bölünər! Mənim Qarabağım kimi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir