Modern.az

Hillari Klinton səhvini etiraf edib üzr istədi

Hillari Klinton səhvini etiraf edib üzr istədi

9 Sentyabr 2015, 11:16



ABŞ prezidentliyinə Demokratlar Partiyasının real namizədlərindən olan  Hillari Klinton ölkə ictimaiyyətindən üzr istəyib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Klinton dövlət katibi olarkən dövlət əhəmiyyətli sənədlərin gönədrilməsi zamanı öz şəxsi elektron ünvanından istifadə etməsini səhv addım adlandırıb.

  “Bu, səhv idi. Buna çox təəssüf edirəm. Məsuliyyəti öz üzərimə götürürəm”,- Demokratlar Partiyasından prezidentliyə namizəd olan xanım Klinton “ABC” telekanalına müsahibəsində deyib.  

Maraqlıdır ki, ötən bazar ertəsi Hillari Klinton baş verənlərə görə üzr istəmək fikrində olmadığını demişdi.    

Vüqar İsmayılov
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir