ABŞ prezidentliyinə Demokratlar Partiyasının real namizədlərindən olan Hillari Klinton ölkə ictimaiyyətindən üzr istəyib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Klinton dövlət katibi olarkən dövlət əhəmiyyətli sənədlərin gönədrilməsi zamanı öz şəxsi elektron ünvanından istifadə etməsini səhv addım adlandırıb.