Modern.az

84 yaşlı xalq artisti 24 yaşlı tələbəsi ilə evləndi - FOTO

84 yaşlı xalq artisti 24 yaşlı tələbəsi ilə evləndi -  FOTO

9 Sentyabr 2015, 15:40


Rusiyanın xalq artisti İvan Krasko 5 ildir sevgili olduğu 24 yaşlı tələbəsi Natalya Şevellə ailə həyatı qurub.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq 4-cü dəfə ailə həyatı quran 84 yaşlı Krasko 60 illik yaş fərqinin önəmsiz olduğunu deyib. O, sevgilisi ilə dərs dediyi teatr institutunda tanış olduğunu xatırladıb.

“O mənimlə bağlı bəzi xüsusi məqamlara toxunmuşdu. Sonra isə ard-arda mənə şeirlər yazırdı”, - Krasko gənc həyat yoldaşı barədə danışıb.  

Evini öz övladlarına hədiyyə edən İvan Krasko Natalya Şevellə 2 otaqlı evdə, öz nəvəsi və gəlini ilə birlikdə yaşayacaq. Buna baxmayaraq, 24 yaşlı Natalya Şevel bütün məhrumiyyətlərə dözməyə hazır olduğunu deyir. O, Rusiyanın xalq artistinin ona Peterburq metrosunda diz çökərək evlilik təklif etdiyini bildirib.  

Hazırda 84 və 24 yaşlı ər-arvad bal ayı üçün Venesiyaya getməyə hazırlaşırlar. İvan Krasko 45 ildən artıq Kommisarjevski adına teatrda işləyib. Bundan başqa, 100-ə qədər filmdə çəkilib.  


 

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi