Modern.az

Gənclərin ictimai aktivliyini necə artırmalı?

Gənclərin ictimai aktivliyini necə artırmalı?

15 Oktyabr 2009, 11:53

Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Fərqli olsaq da birlikdəyik” layihəsinin ikinci mərhələsiə start verib.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, layihədə əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaqdır. Məlumatda qeyd edilir ki, layihənin birinci mərhələsində Azərbaycanın müxtəlif regionlarından olan 25 gəncə xüsusi təlimlər keçirilib.

Yeni mərhələdə isə təlim keçmiş 25 gənc vasitəsilə onların regionlarında kiçik layihələrin reallaşdılmasını nəzərdə tutur. Hazırda Bakı, Quba, Xaçmaz, Lənkəran, Şəki, Qəbələ və Zaqatalada icra edilməyə başlayan 10 layihə təlim, seminar, ekoloji və mədəni aksiya, sərgi və müsabiqələrin keçirilməsi kimi fəaliyyətləri əhatə edir.

Qeyd edək ki, kiçik layihələrin həyata keçirilməsinin əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai aktivliyini artırmaqdır. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı