Modern.az

ABŞ-dan “taktiki dalana” görə İraqa İTTİHAM

ABŞ-dan “taktiki dalana” görə İraqa İTTİHAM

10 Sentyabr 2015, 10:22


“İslam dövləti” terror təşkilatı (İŞİD) ilə mübarizə “taktiki dalana” dirənib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Martin Dempsi bildirib.

Onun sözlərinə görə anti-İŞİD koalisiyasına qoşulan dövlətlər ekstremistlərin təchizatlarını kəsməyə müvəffəq olsalar da, problemlər qalmaqda davam edir.  

Martin Dempsi İŞİD-lə mübarizənin çətinləşməsinə görə İraq hakimiyyətini də ittiham edib:

“İraq hərbi rəhbərliyindən dəyişiklik oldu. Lakin onlar problemlərlə rastlaşırlar. İraq rəhbərliyində daxili çəkişmələr davam edir”.   

Aqşin Kərimov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi