Modern.az

Rusiyada alkoqolizmin dəhşətli STATİSTİKASI

Rusiyada alkoqolizmin dəhşətli STATİSTİKASI

Dünya

10 Sentyabr 2015, 17:34


Rusiya Səhiyyə Nazirliyi ölkədə alkoqolizmin səviyyəsi ilə bağlı həyəcan təbili çalır.

Modern.az Rusiya mətubatına istinadən xəbər verir ki, nazirlik rəsmisi Oleq Salaqay ölkədə ölümlə nəticələnən zorakılıq cinayətlərinin 2/3-sinin alkoqol qəbulu ilə bağlı olduğnu deyib.

“Rusiyalı alimlərin hesablamalarına görə zorakılıqla müşayiət olunan ölüm hallarının 2/3-ü içki faktoru ilə bağlıdır.   Ürək-damar xıəstəlikləri ilə bağlı ölümlərin də 25%-i spirtli içkilərin hədsiz qəbulu səbəbindən baş verir”.

Ölkədə risk qrupuna daxil olan şəxslər 20-39 yaş arasındadır. Oleq Salaqayın sözlərinə görə spirtli içki qəbulu rus kişilərinin, insult halları isə qadınların əsas ölüm səbəbidir.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır