Modern.az

Mədəniyyət kanalının 1 iddiaçısı, 1 də qalibi oldu

Mədəniyyət kanalının 1 iddiaçısı, 1 də qalibi oldu

Mədəni̇yyət

22 Oktyabr 2010, 18:31

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası kecirilib.  MTRŞ –nın sədri Nuşirəvan Məhərrəmlinin sədrliyi ilə kecirilən İclasda ixtisaslaşdırılmış (Mədəniyyət) kanalının acılması ilə bağlı elan olunmuş müsabiqənin nəticələri acıqlanıb. “Teviziya və Radio yayımı haqqında” qanunun və “Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün müsabiqənin qaydaları”nin tələblərinə uyğun olaraq  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müsabiqənin qalibi olub.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün  yalnız  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müraciət  edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi