Modern.az

Tanınmış müxalif siyasətçilərdən deputatlığa namizəd olmaq istəyən və istəməyənlər - SİYAHI

Tanınmış müxalif siyasətçilərdən deputatlığa namizəd olmaq istəyən və istəməyənlər - SİYAHI

11 Sentyabr 2015, 13:56

Noyabr ayının 1-ə keçiriləcək parlament seçkilərində deputat mandatı əldə etmək iddiasında olan tanınmış siyasətçilərin çoxunun adı bəllidir. Bununla belə, bəzi liderlər seçkilərdə namizədliklərini irəli sürməkdən imtina ediblər.

Modern. az saytı noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak edəcək və etməyəcək müxalifət liderlərinin siyahısını müəyyən edib.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Müsavat Partiyasının hazırki başqanı Arif Hacılı 33 Xətai Birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Azərbaycan Milli Demokrat Partiyasının sədri
(AMDP) İsgəndər Həmidov 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olmaq niyyətindədir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci seçki dairəsindən namizəd olacaq.

Ədalət Partiyasının sədri İlyas İsmayılov növbəti dəfə mandatını qorumaq üçün yenə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçkilərdə iştirak edəcək.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri  Mirmahmud Mirəlioğlu da parlament seçkilərində iştirak edəcək. Onun hansı dairədən namizəd olacağı isə  hələlik məlum deyil. 

Vəhdət Partiyasının  sədri Tahir Kərimli builki seçkilərdə namizədliyini irəli sürəcək. Hansı dairədən namizəd olacağı isə hələ müəyyənləşdirilməyib.

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva builki parlament seçkilərində iştirak etməyəcək.

Liberal Partiyanın sədri Əvəz Temirxan da lideri kimi deputatlığa namizəd olmayacaq.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov da deputatlığa namizəd olmaqdan imtina edib.

Milli Şuranın üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli parlament seçkilərinə qatılmayacaq. 

Milli Şuranın sədri, 2013-cü il seçkilərində bu qurumun prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənli də seçkilərə qatılmayacaq.

Vətəndaş Həmrəylik Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının namizəd olub-olmayacağı hələ ki dəqiqləşməyib. Bu, daha çox onun həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizəd olub-olmayacağından asılıdır. Çünki seçkilərə iksindən biri gedəcək.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə Gəncə şəhərindəki 38 saylı seçki dairəsindən namizəd olmağı düşünür.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn doğulduğu Sabirabad rayonundan namizəd olmaq istəyir.

Milli Şuranın yaradıcılarından olan politoloq Eldar Namazov da seçkilər haqda düşünmür.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər “Azadlıq-2015” seçki  blokunun  deputatlığa namizədləri olacaqlar.

Eks-müsavatçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub deyib ki, o, 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Leyla Əfqan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir