Modern.az

Alimlərdən HƏYƏCAN TƏBİLİ: “Dünyada suyun səviyyəsi 60 metr qalxacaq, bəzi dövlətlər məhv olacaq”

Alimlərdən HƏYƏCAN TƏBİLİ: “Dünyada suyun səviyyəsi 60 metr qalxacaq, bəzi dövlətlər məhv olacaq”

Dünya

12 Sentyabr 2015, 12:29

ABŞ-ın iqlimşünasları apardıqları geniş müşahidələrdən sonra 3-cü minlilliyin sonuna qədər dünyada su səviyyəsinin 60 metr yüksələcəyini proqnozlaşdırıblar. Modern.az saytı “Science Advances” elmi jurnalına istinadən xəbər verir ki, bu, ilk növbədə Antarktida, Arktika və Qrenlandiyadakı buzlaqların sürətlə əriməsinə görə baş verəcək. Əriməyə səbəb olan amillər arasında  qlobal istiləşmə ilə yanaşı, Yerin tərkindən neft, qaz və daş kömürün intensiv çıxarılmasına davam edilməsi də dayanır.

“Biz demək istəyirik ki, Antarktidanın tam əriməsini istəmiriksə, Yerin tərkibindən neft-qaz çıxarmaqdan imtina etməli və atmosferə minimum səviyyədə zəhərli qazlar buraxmayılıq. Əgər bunu etməsək, bu gün milyardlarla insanın yaşadığı torpaqlar yaxın vaxtlarda su altında qalacaq”, - Stenford Universitetinin professoru Ken Kaldeyra deyib.

Alimlər düşünür ki, yaxın bir əsrdə planetdəki bütün yanacaq növləri hasil olunarsa, Antarktida min il ərzində tamamilə əriyəcək və dünya sularının səviyyəsi 60 metr qalxacaq. Nəticədə Cənubi Amerika, Avropa və Asiyanın bir çox dövlətləri su altında qalacaq.

Aparılan müşahidələr ən vahiməli vəziyyətin Artikada olduğunu müəyyənləşdirib.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!