Modern.az

Amerikan boksçu Rusiya pasportunu aldı

Amerikan boksçu Rusiya pasportunu aldı

13 Sentyabr 2015, 00:15

“Yaxın planlarıma rus dilini öyrənmək və Krımda bağ evi tikdirmək daxildir”. 

Modern.az-ın məlumatına görə, bu sözləri məşhur amerikan boksçusu, bu gün Rusiya vətəndaşlığını almış Roy Cons yerli mətbuata deyib. Boks üzrə  dünya çempionu Roy Cons bu ilin avqust ayında Rusiya vətəndaşlığını almaq üçün ərizə vermişdi.

Bu gün Rusiya prezidenti Vladmir Putin ona vətəndaşlıq verilməsi ilə əlaqədar xüsusi fərman imzalayıb.

Bu, Rusiya vətəndaşlğını qəbul etmiş yeganə məşhur deyil. İki il öncə məşhur fransız aktyoru  Jerar Depardye də bu addımı atmışdı.

Modern.az

   
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir