Modern.az

Dünyanın ən təhlükəli 10 şəhəri - SİYAHI

Dünyanın ən təhlükəli 10 şəhəri - SİYAHI

15 Sentyabr 2015, 09:27


Almaniyanın Alfred-Wegener İnstitutu dünyanın ən təhlükəli 10 şəhərini sıralayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, geoloq doktor Johann Klages tərəfindən ola biləcək zəlzələ, sunami, vulkan püskürməsi kimi təbii fəlakətlər göz önünə alınaraq  hazırlanan siyahıda ən təhlükəli 10 şəhər arasında İstanbul da var.

Dünyanın ən təhlükəli 10 şəhəri bunlardır:

1. Tokio: Əhalisi 38 milyon meqaşəhər son dərəcə aktiv tektonik fay xəttinin kənarında yerləşir. Bura dünya səviyyəsində ən ağır zəlzələlərin olduğu bir bölgədir. 1703-cü ildə yaşanan böyük zəlzələdə 100 mindən çox adam həyatını itirib.

2. Osaka: Əhalisi 11 milyon nəfər olan bu şəhər də Tokio kimi eyni təhlükəli zəlzələ xəttində yerlşir. Burada son böyük zəlzələ 1995-ci ildə baş verib və 6 mindən çox adam həyatını itirib.

3. Cakarta: Əhalisi 30 milyon Cakarta da zəlzələ bölgəsindədir. Cakartanın böyük bir hissəsi dəniz səviyyəsinin altındadır. Ola biləcək bir zəlzələ sonrasında baş verəcək sunaminin nəticələrinin ağır olması gözlənilir.

4. Nagoya: Əhali 2,5 milyon nəfər olan Nagoya da Tokio və Osaka kimi Yaponiyanın zəlzələ bölgəsində olan şəhərdir.

5. Los-Anceles: Əhalisi 12,8 milyon olan  Los-Anceles zəlzələ xətti üzərində olan bir şəhərdir. Bölgədə çox sayda nüvə stansiyası da var.

6. San-Fransisko: 4,5 milyon nəfər əhalisi olan San-Fransisko zəlzələ qurşağı üzərindədir. 1906-cı ildə yaşanan son böyük zəlzələdə 3 minə yaxın adam həyatını itirib. Zəlzələ mütəxəssislərinə görə, şəhərdə hər an yeni bir zəlzələ ola bilər.

7. Tehran: Əhalisi 8,5 milyon olan İranın paytaxtı Tehran zəlzələ fay xəttinin üzərində olan bir başqa şəhərdir. Strukturların zəlzələyə qarşı kifayət qədər dayanıqlı olmaması təhlükəni artırır.

8. Manila: 11,9 milyon nəfərin yaşadığı  Manila də eyni şəkildə böyük zəlzələ təhlükəsi olan şəhərlərdən biridir. Sıx əhali və etibarlı binaların azlığı səbəbindən risk böyükdür.

9. İstanbul: Əhalisi 14,3 milyon olan gözəl şəhər İstanbul Asiya və Avropa faylarının üzərindədir. İstanbulda 2025-ci ilə qədər böyük bir zəlzələ yaşanması ehtimalı olduqca yüksəkdir. Burada da sıx əhali və binaların zəlzələyə qarşı dayanıqsız olması təhlükəni artırır.

10. Napoli: 1 milyon əhalinin yaşadığı İtaliya metropolunun altında böyük bir maqma yatağı mövcuddur. Təzyiq altında olan maqmanı mütəxəssislər super vulkan kimi xarakterizə edirlər. Şəhərdə yer qabığı, hər il santimetrlərlə yüksəlib-alçalır. Napoliyə yaxın bir yerdə vulkan püskürməsi ehtimalı yüksəkdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi