Modern.az

“Zerkalnı” telefon nömrəsi 740 min dollara satılıb

“Zerkalnı” telefon nömrəsi 740 min dollara satılıb

İqtisadiyyat

25 Oktyabr 2010, 10:41

Eynirəqəmli, cüt, güzgü effektli («zerkalnı») telefon nömrələrinin öz həvəskarları var. Onlar həmin nömrələri almaq üçün təklif olunan istənilən məbləği ödəməyə hazırdırlar, təki istədiklərinə nail olsunlar.
Azərbaycanda həmin nömrələrin öz “xəstələri” olduğu kimi, ərəblər arasında belələri çoxdur Neft hesabına milyonlara sahib olan ərəb şeyxləri arasında (daha çox Birləşmiş Ərəb Əmirliyində) ildə bir neçə dəfə bahalı nömrələrinin hərracı keçirilir. Məsələn, hərracların birində bütün rəqəmləri «1» olan avtomobil nömrəsinı 25 yaşlı Səid al-Xuri adlı ərəb milyoneri həmin düz 14 milyon dollar sayıb.
Modern.az “El AN” qəzetinə istinadla xəbər verir ki, şənbə günü Küveytdə keçirilən bir hərracda telefon nömrəsi 740 min dollara satılıb. Yadda asan qalan  555-55-555 mobil nömrəsi auksionda 350 min dollar qiyməti ilə satışa çıxarılıb.  Lakin hərracda qiymət xeyli qalxıb və 740 min dollara çatıb. Satış həmin nömrənin operatoru  “Viva” tərəfindən aparılıb.

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir