Modern.az

Macarıstan hər kəsi şoka saldı

Macarıstan hər kəsi şoka saldı

Dünya

17 Sentyabr 2015, 22:11

Birləşmiş Millətlər Təşkilatı (BMT) qeyri-leqal miqrantlara qarşı aktiv mübarizə aparan Macarıstan hökumətini sərt tənqid edib. Rəsmi Budapeşti beynəlxalq hüquqi normalara zidd olan addımların atılmasında ittiham ediblər.

Modern.az-ın məlumatına əsasən, BMT-nin insan haqları üzrə komissarı Zeyd Raad al-Huseyn Macarıstanda qaçqınların qovulması hadisələrini xatırladıb:

”Macarıstanın Serbiya ilə sərhədində qadın və uşaqlara qarşı gözyaşardıcı qaz və su bombalarından istifadə olunması hər kəsi şoka saldı”.

Komissarın fikrincə, Macarıstan hakimiyyətində ksenofob və antiislam baxışları üstünlük təşkil edir.

Macarıstan Xarici İşlər Nazirliyi isə bu bəyanatı tənqid edib.Qeyd olunub ki, beynəlxalq siyasi elitanın nə fikirləşdiyinə baxmayaraq, onlar öz ölklələrini aqressiv insanlardan qoruyacaqlar. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar