Modern.az

Rusiya Suriyanı qan gölünə çevirəcək

Rusiya Suriyanı qan gölünə çevirəcək

18 Sentyabr 2015, 10:17


Rusiya Suriyanı qan gölünə çevirmək qərarı verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bir müddətdir Bəşər Əsədin yanında olmaq üçün Suriyada hərbi gücünü artırdığı danışılan Rusiyanın suriyalı müxaliflərə qarşı hava hərəkatı başlatmaq üzrə olduğu iddia edilir.

Bəşər Əsədin və İraq-Şam İslam Dövlətinin (İŞİD) qan gölünə çevirdiyi Suriyadan qaçan və mühacir faciəsinin bütün dünyaya yayıldığı bir dövrdə bu faciəni daha da dərinləşdirəcək bir addım atılır. Məlumatda qeyd edilir ki, tezliklə Rusiya Suriyanı qan gölünə çevirmək üçün qorxunc bir qərar verəcək.

Xüsusilə müxaliflərin Əsəd rejiminə qarşı savaşda əldə etdikləri bölgələr olan İdlib və Lazkiye-Hama yoluna yerləşən müxaliflərin hədəf alınacağı istisna edilmir. Rusiyanın bu qərarı ABŞ ilə aparılan müzakirələrin davam etdiyi bir vaxta düşməsi diqqət çəkib. Başda Türkiyə olmaq üzrə bütün dünyanın İŞİD-ə qarşı birləşdiyi bir dövrdə, İŞİD-ə qarşı da döyüşən müxaliflərin hədəf seçilməsi böyük şok yaradıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi