Modern.az

Rafiq Məhəmmədhəsənov: “Nazim Məmmədovla debata çıxmağa vaxtım yoxdur”

Rafiq Məhəmmədhəsənov: “Nazim Məmmədovla debata çıxmağa vaxtım yoxdur”

Parlament

25 Oktyabr 2010, 14:30

Yeni Azərbaycan Partiyasının üzvü, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Nazim Məmmədov  həmin dairədən rəqibi Rafiq Məmmədhəsənovu açıq debata çağırıb.

Modern.az-a açıqlamasında deputatlığa namizəd bildirib ki, istənilən bir neytral yerdə rəqibi ilə görüşməyə hazırdır.
Millət vəkili mübarizədən çəkinmədiyini, qalib gələcəyinə əmin olduğunu vurğulayıb. N.Məmmədov qeyd edib ki, seçiciləri ondan çox razıdır və bu günlərdə keçirdiyi görüşlər bunu deməyə əsas verir. Seçki dairəsi üzrə 11 kənddə görüşlər keçirdiyini deyən deputat seçkilərdin birinci mərhələsinə yekun vurduqlarını bildirib.

Öz növbəsində deputatlığa namziəd Rafiq Məhəmmədhəsənov saytımıza bildirib ki, hazırda seçicilərlə görüşlərini keçirir. “Mənim Nazim Məmmədovla debata çıxmağa boş vaxtım yoxdur. Mən seçicilərimlə görüşməyə üstünlük verirəm. Hesab edirəm ki, deputatlığa namizədin seçiciləri ilə birbaşa görüşməyi daha faydalıdır”-deyə N.Məmmədovun rəqibi bildirib.

N.Məmmədov isə deyib ki, rəqiblərin açıq debata çıxması daha yaxşı olardı.Onun sözlərinə görə, bu mübarizə iki YAP-çının mübarizəsi kimi deyil, seçkilərdə iştirak edən namizədlərin sağlam rəqibəti kimi qiymətləndirilməlidir. Namizədin sözlərinə görə, o, beynəlxalq müşahidəçiləri 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində seçkiləri müşahidəyə dəvət edir: "Elə düşünməsinlər ki, seçkilərdə ciddi rəqabət ancaq müxalifət liderlərinin namizəd olduğu dairələrdə baş verir. 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində də namizədlər arasında güclü rəqabət var".

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?