Modern.az

Alimlərimiz “Nobel sülh mükafatı”na namizədlər irəli sürəcəklər

Alimlərimiz “Nobel sülh mükafatı”na namizədlər irəli sürəcəklər

15 Oktyabr 2009, 17:42

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Elmi müəssisə rəhbərləri və gündəlikdəki məsələlərə aidiyyatı olan alim və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda AMEA prezidenti akademik Mahmud Kərimov çıxış edib. Modern.az xəbər verir ki, M.Kərimov Azərbaycan alimləri tərəfindən “Nobel sülh mükafatı”na layiq görüləcək namizədlərin siyahısının noyabrın 1-nə kimi təqdim olunmasının vacibliyini qeyd edib. M.Kərimov bildirib ki, “Dünya ədəbiyyatı kitabxanası” seriyasından 150 adda kitab Azərbaycan dilinə tərcümə edilərək kütləvi nəşr olunacaq.

İclasda akademiklər Mahmud Kərimov, Musa Rüstəmov, Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Akif Əzizov və Kimya Problemləri İnstitutunun laboratoriya müdiri k.e.n. Hilal Tahirli elmi məruzə ilə bağlı müzakirələrdə iştirak ediblər.

AMEA Rəyasət Heyəti Kimya Problemləri İnstitutunun strukturunda, Ədəbiyyat və Tarix İnstitutlarının Elmi Şuralarının tərkibində qismən dəyişiklik edilməsi, 2010-2011-ci illərdə AMEA-da keçiriləcək beynəlxalq elmi və elmi-texniki qurultay, simpozium, konfrans və seminarların planının təsdiqi haqqında, AMEA-nın elmi müəssisələrində və digər təşkilatlarında 2009-cu il üçün hesabatların vaxtında müzakirə olunub təsdiq edilməsini təmin etmək məqsədilə qərar verib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir