Modern.az

Binəqədinin icra başçısı xanım kadrı vəzifədən azad etdi

Binəqədinin icra başçısı xanım kadrı vəzifədən azad etdi

21 Sentyabr 2015, 10:43

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanı tutduğu vəzifədən azad edib.

Modern.az saytı Binəqədi Rayon İcra Hakimiyyətilə əlaqə saxlasa da, başçının xanım əməkdaşı işdən çıxarmasının səbəbləri açıqlanmayıb.

Nuridə Allahyarovanın özü də işdən çıxmasına aydınlıq gətirməyib. Yalnız Facebook sosial şəbəkəsində işdən çıxdığını təsdiqləyən status yazıb:

“Son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün Facebook-un imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız".

Sabiq şöbə müdiri tutduğu vəzifədən özünün istefa verdiyini əlavə edib.

Qeyd edək ki, Nuridə Allahyarova təxminən bir il öncə Xaləddin İsgəndərov tərəfindən vəzifəyə təyin olunmuşdu.



Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir