Modern.az

Bakıda TÜRKSOY Daimi Şurasının XXVI toplantısı keçirilir

 Bakıda TÜRKSOY Daimi Şurasının XXVI toplantısı keçirilir

15 Oktyabr 2009, 13:42

Oktyabrın 16-da Bakıdakı “Qafqaz Point” mehmanxanasında TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının açılış mərasimi olacaq. Açılış mərasimində Prezident İlham Əliyevin təbrik salamlama məktubu oxunacaq. Modern.az xəbər verir ki, tədbirdə TÜRKSOY Daimi Şurasının müvəqqəti koordinatoru, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət nazirləri çıxış edəcəklər. Sabah həm də Muzey Mərkəzində TÜRKSOY rəssamlarının XI Laboratoriyasının rəsm və TÜRKSOY fotoqraflarının V Laboratoriyasının foto sərgisinin açılış mərasimi baş tutacaq. Oktyabrın 17-də “Qafqaz Point” mehmanxanasının konfrans zalında yekun sənədlərin- TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının Bəyannaməsi və İşçi Protokolun imzalanması mərasimi olacaq. Təşkilatın növbəti koordinatoru və iclasın keçiriləcəyi ölkə müəyyənləşəcək, türkdilli ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər