Modern.az

Azərbaycanda teatr haradan başlanır?

Azərbaycanda teatr haradan başlanır?

26 Oktyabr 2010, 11:30

Teatrlar əla təmir olunsalar da, hələki binaların divarları tamaşaçı alqışlarından lərzəyə gəlmir

Gərgin iş günündən sonra insanlar yorgunluqlarını cıxamaq ücün müəyyən vasitələrdən istifadə edir. Kimisi kitab oxuyur, musiqi dinləyir, maraqlı kinolara baxır, kimisi də teatrlara üz tutur. Teatr bir mədəniyyət müəssəsidi və bura ayaq basan insan onun aurasına düşməlidi.

Bu gün Azərbaycanda teatrların vəziyyəti necədir, insanların zövqünü oxşaya bilirmi, ümumiyyətlə teatrlara gedirlərmi? Bu suallara cavab tapmaq ücün əməkdaşımız Azərbaycan Dövlət Gənc Tamaşacılar və Azərbaycan Dövlət Kukla Teatrında olub.
Qeyd edək ki, 2009 - cu ildə “Teatrların inkişaf etdirilməsi haqqında Dövlət Proqramı” təsdiq edilib. Həmin proqram cərcivəsində tədbirlər planı da təsdiqlənib. Bu gün artıq dövlət planının bəndlərinə uyğun olaraq teatrların inkişafı ilə bağlı cox sayda tədbirlər həyəta kecirilir.

“Əvvəllər teatra gələn insanların fikri qalırdı üşüyən ayaqlarında, səhnədə oynanılan tamaşa onun ücün maraqlı deyildi ”- deyə Azərbaycan Dövlət Gənc Tamaşacılar teatrının direktoru, əməkdar artist Mübariz Həmidov Modern.az-a deyir.
Onun sözlərinə görə, əvvəllər teatrda tamaşacıya lazım olan komfort şəraitin yoxluğu üzündən problemlər yaşanıb. 

“Tamaşaya gələn tamaşacıların fikri başqa yerdə olurdu. Fikirləşirdi ki, buradan cıxandan sonra xəstələnəcəm”.

Direktorun fikrincə, əgər tamaşacı bilet alıb tamaşaya gəlirsə, teatrın borcu onların zövqünü oxşamaqdır. Teatra daxil olanda  artıq o, hiss etməliydi ki, mədəniyyət ocağındadı, burdakı hər şey onun zövqünu oxşamalıdı. Onun sözlərinə görə, əgər tamaşacı  gözəl bir tamaşaya baxırsa və  yeri narahatdırsa, demək,  komfort yaradılmayıb.
“Yox əgər tamaşa gözəl, yeri də rahatdırsa, deməli bundan sonra tamaşacı mütləq ikinci dəfə teatra gələcək və onun daimi tamaşacısına cevriləcək”-deyə direktor nikbin tonda danışır.

Mübariz Həmidovun sözlərinə görə, Gənc Tamaşacılar Teatrının bu günki vəziyyəti demək olar ki, Avropa standartlarına uyğun bir şəkildədir. Teatrın repertuarında 7- dən 77 –yə bütün yaş təbəqəsini əhatə edən tamaşalar oynanılır. Tamaşacıların  istəyi nəzərə alınaraq repertuar hazırlanır.

Teatr  yarandığı ilk gündən (1928)  məktəb əlaqələrini möhkəmləndirmək, ayrı-ayrı sənətkarları təbliğ etmək ücün pedoqoqlar fəaliyyət göstərir. Eyni zamanda aktyorların ayrı ayrı məktəblərdə görüşləri təşkil edilir. Teatrın repertuarında olan bütün tamaşalar orta məktəb dərsliklərində var. M.Həmidovun fikrincə, insanda hər zaman eşitdiyini, oxuduğunu canlı görmək istəyi, arzusu olub. Bu baxımdan məktəblərdə müəllimlərin  danışdığı dərsləri teatra gəlib canlı şəkildə görmək insanda ayrı təsürat yaradır.

Teatr bilet satışı ilə bağlı vəziyyəti normaldır. Tamaşalara stabil olaraq 100-150 bilet satılır. Bəzən belə olur ki, əksər biletləri sifariş vermiş təşkilatlara teatr biletlərinin hamısı verilmir.
Kassaya gəlib bilet soruşan tamaşaçılar üçün də saxlayırlar. Lakin qazancı o qədər də böyük saymaq olmaz. Mübariz Həmidovun sözlərinə görə, əgər Mədəniyyət Nazirliyin köməyi olmasa, teatr xarici ölkələrə təşkil olunan  səfərlərdə iştirak edə bilməz.
“30-40 nəfərin  təyyarə ilə xaricə gedib- gəlməsi müəyyən vəsait tələb edir. Teatr təbii ki, bu vəsaiti hələki qarşılaya bilmir”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının problemi isə fərqlidir. Kukla Teatrının baş  rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadə teatrın yalnız balacalar üçün olması barədə insanlarda formalaşmış fikirlərdən narazıdır.  Onun sözlərinə görə, Kukla Teatrı deyəndə ancaq uşaqlar nəzərdə tutulmamalıdır.

“Əslində Kukla teatrı yarandığı ilk gündən böyüklər ücün nəzərdə tutulub. Daha sonralar uşaqlar ücün tamaşalar təşkil olunmağa başlayıb”-deyən baş rejissorun fikrincə, bu yanlış tendensiyanı  aradan qaldırmaq lazımdır. Hazırda yaşlı tamaşacıları axşam tamaşalarına cəlb etməklə bağlı müəyyən problemlər mövcuddur.
R.Əlizadənin sözlərinə görə, dünyanın hər yerində Kukla teatrlarına axşam tamaşalarına böyüklər gəlir. Hazırda teatra yaşlı tamaşacıları cəlb etmək üçün  müəyyən təşkilatlarla iş görülür. Rəhman Əlizadəni ən çox hövsələdən çıxaran isə tamaşanın mövzusuna baxmadan ora uşaqla gələn valideynlərdir. 

“Cox  qəribədir ki, böyüklər ücün biz tamaşa təşkil edəndə özləri ilə uşaqları gətirirlər. Təbii ki, bunu hələki qadağan etmək  mümkün deyil. Bu 1-2 günlük, bir aylıq iş deyil, uzun sürən bir prosesdir”.
R.Əlizadə deyir ki, əsas məqsədləri odur ki, hazırladıqları tamaşalar həm böyüklərin, həm də uşaqların xoşuna gəlsin və  yaş fərqi aradan götürülsün.
Tamaşaçı probleminə gəlincə baş rejissor bunun reklam işinin təşkilindən asılı olduğunu deyir.
R.Əlizadə hesab edir ki, tamaşacıların teatra gəlməsi müəyyən reklamlarla bağlıdır. Bu işdə təbliğat  və  televiziya kanalları böyük rol oynayır.

Gənc Tamaşacılar Teatrı bu vasitədən istifadə edir. Teatrın bütün tamaşaları “Lider” televiziyası tərəfindən lentə alınır. Oynanılan tamaşaların anonsları TV-də verilir. Teatr bu sahədə bir yenilik edərək oynanılacaq tamaşaların anonslarını SMS vasitəsilə bəlli tamaşacılara göndərir.

Rəhman Əlizadə isə hesab edir ki, Kukla Teatrının reklama ehtiyacı yoxdur. Çünki tamaşalara kifayət qədər  tamaşacı gəlir.
“O teatra reklam lazımdır ki,  ora tamaşacı gəlməsin”-deyən baş rejissorun fikrincə, teatrın səhnəsində oynanılan tamaşaların əksəriyyəti müxtəlif telekanallar vasitəsilə lentə alınır.

Gənc Tamaşacılar Teatrında tamaşacıların rahatlığı ücün mərkəzləşdirilmiş kassa sistemi yaradılıb. Dünya teatrlarında da bu usuldan  istifadə olunur. Bu sistemin də effektləri artıq hiss olunur.

Bəs yenicə təmir olunan, bir sira yeniliklər edilən teatrda satılan biletlərin qiyməti dəyişibmi?  M.Həmidovun sözlərinə görə, yüksək səviyyəli tamaşanın qiyməti də normal olmalıdır.
“Ucuz qiymətə satılan bilet tamaşacıda elə fikir yaradacaq ki, bu tamaşa pisdir. Mən bu fikirdəyəm ki, gözəl tamaşaların yaxşı da qiyməti olmalıdır”-deyə Gənc Tamaşaçılar Teatrının direktoru vurğulayır.

Stanislavski deyib ki  teatr asılqandan başlanır. Maraqlı və günümümzün reallıığının əks olunduğu tamaşaya biletin qiyməti tamaşaçı üçün fərq etməz. Yetər ki, o səhnədə pafos və gurultu yox, yaşadığı həyatın real əks olunmuş sürətini görsün.

Yeri gəlmişkən teatrlarla bağlı şəhər əhalisinin də mövqeyini öyrənməyə calışdıq. Bunun ücün də küçədə kicik sorğu kecirdik. Sorğunun nəticələri isə belə oldu:

Məmmədova Çimnaz - tələbə: “Teatra getmirəm. Marağım yoxdu”.

Azər İsbatov - ali təhsilli işsiz: “Bəli teatrlara tez-tez gedirəm, maraqlı olur, insan mənəvi rahatlıq tapır”.

Niyaməddin Bağırov - tələbə: “Getmirəm, marağım yoxdu”.

Təhminə Qoçayev - tələbə: “Əvvəllər  gedirdik. Vaxt olmur, dərslərimiz coxdu. Amma teatra tez-tez getmək istərdim”.

Fəzail Əliyev - tələbə: “Boş vaxtlar olanda gedirəm”.

Fərman İsmailzadə - tələbə: “Xeyr getmirəm, marağım yoxdu”.

Aynur Hüseynova - tələbə: “Gedirəm. Axırıncı dəfə kecən il getmişəm. Teatrlar mədəniyyət nümünəsidi. Məncə teatr insanlara cox lazımdır”.

Fərid Musayev - ali təhsilli işsiz: “Bəli teatrlara gedirəm, cox bəyənirəm”.

Murad –gənc müğənni: “Bəli gedirəm, düzdü, axırıncı dəfə getdiyim tamaşanın adını indi xatırlamıram, amma teatrlara getməyi xoşlayıram”.

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir