Modern.az

“O səs Azərbaycan”ın münsifləri bəlli oldu

“O səs Azərbaycan”ın münsifləri bəlli oldu

22 Sentyabr 2015, 14:55



“Səs Azərbaycan” layihəsinin münsiflərinin kimliyi məlum olub. Axşam.az-ın məlumatına görə, xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Tünzalə Ağayeva AzTV-nin efirində “Görmədən dinləmələr” turu zamanı öz komandalarını formalaşdıracaq.

Bundan sonra münsiflər iştirakçıları finalla yanaşı, komandadaxili rəqabətə də hazırlayacaqlar.

Müsabiqənin növbəti turunda iştirakçılar bir-biri ilə yarışacaq. Yekunda hər münsifin bir iştirakçısı qalacaq və onlar superfinalda üz-üzə gələcəklər.

Bu 4 ifaçıdan isə yalnız biri “Ölkənin ən yaxşı səsi” titulunu qazanacaq və müsabiqənin əsas mükafatının sahibi olacaq.

AzTV-də yayımlanacaq “Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayın ikinci yarısına planlaşdırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi