Modern.az

Kəşfiyyat mənbələri: Putinlə Ərdoğan Qarabağı müzakirə edəcək

Kəşfiyyat mənbələri: Putinlə Ərdoğan Qarabağı müzakirə edəcək

22 Sentyabr 2015, 15:59

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvada Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Modern.az saytı haqqın.az-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” sayılan “Stratfor” analitik mərkəzinin növbəti analizində bu barədə bildirilir.

Agentliyin analitikləri iddia edirlər ki, Ankara ilə Moskva arasındakı gərginliyin səbəbi təkcə Suriya münaqişəsi ilə bağlı deyil.  

Təhlildə göstərilir ki, Türkiyənin Qafqazda əsas müttəfiqi Azərbaycanın Rusiya ilə danışıqlar aparması diqqət mərkəzindədir.  

Bəzi məlumatlara görə bu danışıqların gedişatında Moskva və Bakı  Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışır.  

Daha əvvvələr Ankara Qarabağ probleminin nizama salınmasında Azərbaycan üçün hərbi qarant kimi çıxış etsə də, hazırda regiona Rusiya nəzarət etmək istəyir.

Keml həmçinin “Türk axını” layihəsinin perspektivi məsələsində Türkiyəyə təzyiq etmək üçün Suriya və Dağlıq Qarabağ münaqişəsindən istifadə etməyə çalışır.  

Qeyd edək ki, sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın Moskvadakı Cümə məscidinin açılışında iştirak edəcəyi gözlənilir. 

Aqşin KƏRİMOV


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı