Modern.az

Ərdoğan Bəşər Əsədin ŞOK PLANI barədə Putinə nə deyib? – Özü AÇIQLADI

Ərdoğan Bəşər Əsədin ŞOK PLANI barədə Putinə nə deyib? – Özü AÇIQLADI

24 Sentyabr 2015, 12:00

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Mərkəzi məscidin təntənəli açılışndan sonra rusiyalı həmkarı Vladimir Putinlə göüşüb.

Görüşdən sonra Kremldə jurnalistlərin qarşısına çıxan liderlər iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələrdən, onun perspektivindən söz açıblar.

Lakin bu görüşdən sonra ölkəsinə qayıdan Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriya siyasətini tənqid edən açıqlamalar verib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Qurban bayramı namazını Emirgan Hamid-i Evvel məscidində qılandan sonra vətəndaşlarla görüş keçirib.

Türkiyə rəhbəri Rusiyanın Suriya münaqişəsində tutduğu mövqenin yanlış olduğunu bir daha dilə gətirib:

“Rusiyanın İranla birlikdə Suriya rejiminə dəstək verməsi artıq gizli deyil. Bunu özləri də etiraf edirlər. Ümid edirik ki, Rusiya bu prosesdə ötən gün keçirdiyimiz görüşlərin vacibliyini (Putinlə görüşü nəzərdə tutur) anlayacaq və lazımı addımlar atacaq. Ötən gün özlərinə də dedim ki, (Putinə) Bəşər Əsəd Suriyanın 15 faizlik ərazisində “butik Suriya” qurmaq istəyir.

“Butik Suriya” Şamdan başlayıb, Hama qədər olan əraziləri, Xüms və Lazkiyeni əhatə edəcək bölgədir. Biz isə Suriyanın ərazi bütövlüyünü tanıyırıq”,-deyə Ərdoğan qeyd edib.  

Aqşin KƏRİMOV    


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir