Modern.az

Məkkədə dəhşətli faciədə ölənlərin sayı 310-a çatdı - YENİLƏNİB

Məkkədə dəhşətli faciədə ölənlərin sayı 310-a çatdı - YENİLƏNİB

Reportaj

24 Sentyabr 2015, 15:30

Son məlumatlara görə ölənlərin sayı 310-a çatıb. 

***

Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 220 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.

Modern.az xəbər verir ki, ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır. Hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır.

İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş insidentdə Azərbaycan vətəndaşlarının olması məsələsini bu ölkənin dövlət qurumları ilə araşdırır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar