Modern.az

Həcc ziyarəti zamanı baş verən faciələr – SİYAHI

Həcc ziyarəti zamanı baş verən faciələr – SİYAHI

24 Sentyabr 2015, 18:19


Səudiyyə Ərəbistanında bu gün Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artıq 717  nəfərə çatıb. Faciə zamanı yaralıların sayının 800-dən çox olduğu bildirilir.

Modern.az saytı xəbər verir ki, bu Həcc ziyarəti zamanı baş verən ilk faciə deyil. Bu il sentyabrın 11-də Məkkədə daha bir faciə qeydə alınıb. Müsəlmanlar üçün ən populyar sayılan Əl-Xaram məscidində tikinti kranının aşması zamanı 107 zəvvar həyatını itirib.

Zəvvarların Məkkədə həyata keçirdiyi həcc ziyarəti demək olar hər il hansısa faciəyə səbəb olur. Məsələn, 2006-cı ildə basabas zamanı 345 nəfər, ondan iki il əvvəl 251 nəfər həlak olub.

Həcc zamanı insanların həlak olması 2001, 1998, 1997-ci illərdə də qeydə alınıb.

1987-ci ildə İrana dəstək məqsədilə Məkkədə keçirilən aksiya iştirakçıları ilə polis arasındakı toqquşmalarda 400 nəfər ölüb. 1990-cı ildə Məkkədən Mina şəhərindəki çadır düşərgəsinə gedən tuneldə 1427 zəvvar həlak olub. 1994-cü ildə basabas zamanı 270 nəfər həyatını itirib. 1997-ci ildə yanöın nəticəsində 343 zəvvar dünyasını dəyişib, 1500-ə yaxın adam yaralanıb.

1998-ci ildə sıxlıqda 118 nəfər ölüb. 2001-ci ildəki basabasda 35 zəvvar dünyasını dəyişib. 2004-cü ildə şeytana daş atılması prosesindəki basabasda 251, 2006-cı ildə yenə həmin ayinin yerinə yetirilməsi zamanı 345 zəvvar həyatını itirib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər