Modern.az

4 erməni hərbçi məhv edildi, 16-sı yaralandı

4 erməni hərbçi məhv edildi, 16-sı yaralandı

Aktual

26 Sentyabr 2015, 09:34

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda 4 erməni hərbçisi ölüb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, düşmən hərbçilərin Azərbaycan tərəfdən raket-artilleriya atəşi nəticəsində məhv olduğunu iddia edib.

Hadisə ötən gün yerli vaxtla saat 17:30-da baş verib. Ölənlər 20 yaşlı Norayr Xaçatryan, onun həmyaşıdı Robert Mkrtçyan, 18 yaşlı Arut Akopyan və onun həmyaşıdı Karen Şaqinyandır. Bundan əlavə, yaralıların olduğu bildirilıb.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!