Modern.az

Səudiyyəli müfti Məkkədəki kütləvi ölümə görə ittihamı rədd etdi: "Qismət belə idi”

Səudiyyəli müfti Məkkədəki kütləvi ölümə görə ittihamı rədd etdi: "Qismət belə idi”

26 Sentyabr 2015, 18:50

Səudiyyə Ərəbistanın müftisi şeyx Əbd əl-Əziz əş-Şeyx Mina vadisində azı 750 zəvvarın ölümü ilə nəticələnən faciəyə toxunub. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, şeyx şahzadə Məhəmməd bin Naiflə görüş zamanı ölkə hakimiyyətinin insidentdə günahsız olduğunu və baş verənlərin insan iradəsindən asılı olmadığnıı deyib.

"Mina vadisində baş verənlərə görə insanları ittiham etmək doğru olmazdı, qismət belə idi".

Bundan öncə, Səudiyyə hakimiyyəti Mina vadisində sıxlığın yaranmasına görə göstərişlərə əməl etməyən iranlı zəvvarları ittiham etmişdi. İranın ali dini lideri Əli Xamneyi isə birbaşa Səudiyyə Əərbistanı hakimiyyətini faciəyə məsuliyyət daşıyan tərəf elan etmişdi.    

1990-cı ildə Məkkədən Mədinəyə gedən tuneldə baş verən sıxlıq zamanı 1409 nəfər zəvvar ölmüşdü.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir