Modern.az

Suriyaya İŞİD-ə qoşulmaq üçün 30 minə yaxın əcnəbi gəlib

Suriyaya İŞİD-ə qoşulmaq üçün 30 minə yaxın əcnəbi gəlib

Dünya

27 Sentyabr 2015, 20:29


Son illərdə Suriyaya dünyanın 100 ölkəsindən 30 minə yaxın xarici vətəndaş gəlib. Modern.az bildirir ki, “New York Times”in yazdığına görə, onların çoxu İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulub.  

Qəzet bu məlumatı ABŞ-ın kəşfiyyat və hüquq-mühafizə xidmətlərinin nümayəndələrinə istinadən yayıb.  

Amerika xüsusi xidmətinin hazırladığı hesabatdan məlum olur ki, İraq və Suriyada beynəlxalq koalisiya qüvvələrinin əməliyyatlarına baxmayaraq yaraqlılara qoşulmaq istəyində olan əcnəbilərin axınını azaltmaq mümkün olmayıb.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir