Modern.az

Şərqdə bu qədər münaqişə ocaqları kimə və nəyə görə lazımdır?

 Şərqdə bu qədər münaqişə ocaqları kimə və nəyə görə lazımdır?

28 Sentyabr 2015, 10:35

Şərq ölkələrində  bu gün genişlənən bu münaqişə ocaqları çox  böyük layihələrin nəticədir. Dünyada bəzi qüvvələrinin çox düşünülmüş layihəsi olan bu münaqişə ocaqlarının yaranması nəinki təsadüfi deyil, bu, çox strateji planların  bir hissəsidir. Həmin hərbi qarşıdurmalar yalnız enerji resurslarının, zəngin neft-qaz yataqlarının yenidən bölüşdürülməsi uğrunda gedən mübarizənin nəticəsi deyil.

Burada daha ciddi məqsədlər, strateji planlar  var.  Həmin məqsədlərdən biri islam sivilizasiyasından qorxu hissi keçirən qüvvələrin planlarıdır. Əsas hədəflərdəın biri də bu sivilizasiyanı məhv etmək, ümumilikdə, dünyada antiislam meyllərini gücləndirməkdir. İslam ölkələrində baş verənlərin,  xüsusilə, terror qruplarının islam dini ilə heç bir bağlılığı yoxdur. Bunu təsdiq edən faklar kifayət qədərdir.


Bu gün din adı altında azərbaycanlı gənclərin  gedib  Suriyada, İraqda   və başqa yerlərdə döyüşməsinin islam dininə heç bir aidiyyəti  yoxdur. Bu  islam dininə düşmən kəsilən bəzi dairələrin layihəsidir. İkincisi, belə qorxulu tendensiyaları  müxtəlif  cəmiyyətlədə dərinləşən total savadsızlıqla  bağlamaq daha realdır..

Dünyanın çox mötəbər strukturları  islam dininə elm və hüquq konteksindən yanaşaraq  istinad edirlər.  Müqəddəs  kitabımız olan Qurani-Kərimin  49-cu surəsinin 13-cü ayəsində  yazılır:  “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara  və qəbilələrə ayır­dıq ki, bir-birinizi tanıyasınız”. Quranın  bu ayəsinin təsirindən  BMT-nin  İnsan  Hüquq­ları Bəyannaməsinin birinci maddəsi  yaranıb.

 Həmin  sənəddə göstərilir: “Bütün insanlar öz hüquqları  etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir  və onlar qardaşlıq münasibətində olmalıdırlar”.  Bu da  islam  dininə istinad olun­maqla  insana verilən  dəyərdir, ilahi eşqin təzahürüdür. İsla­mi dəyərlərin əbədi olduğu daha qabarıq şəkildə önə çəkilir. Bütün bu məqamlar  belə bir dinin terrorla  hər hansı  əlaqəsinin  olması  fikririni  birmənalı şəkildə  sıfıra endirir.

Ancaq digər bir vacib məqamı unutmaq olmaz. Təhsilsiz, maarifçılık ənənələrinin zəif  inkişaf etdiyi  cəmiyyətlərdə  islami dəyərlərə qarşı  məkrli planları həyata keçirmək üçün münbit şərait yaranır.  Bir sözlə hər hansı  millətin  gələcəyinə zərbə vurmaq üçün onun təhsilini məhv etmək ən təsirli vasitələrdən biridir. Heç şübhəsiz təhsilsiz cəmiyyətlərdə  istənilən  qara niyyətləri həyata keçirmək  rahat olur. İndi  münaqişə ocaqlarındakı təhsillə bağlı vəziyyətə diqqət yetirək.

BMT-nin Uşaq Fondu (UNİCEF) "Atəş altında təhsil" başlıqlı hesabat yayıb. Həmin hesabat Suriya, İraq, Fələstin, Liviya, Sudan, Yəmən kimi müharibə bölgələrindəki uşaqların təhsil vəziyyətini əhatə edir. Hesabata görə, dünyada 13,4 milyon uşaq müharibələr səbəbindən təhsil ala bilmir. Hesabatda adıçəkilən ölkələrdə silahlı hücumlar nəticəsində 9 min məktəb yararsız hala düşüb və istifadəsi mümkünsüzdür.

İstənilən cəmiyyətdə  təhsil sahəsində  dərinləşən probləmlər və onun həlli istiqamətində  heç bir addımın atılmaması  millətin gələcəyini təhlükədə qoyur. Bu amili nəzərə alan həmin ABŞ-dan və Avropadan olan layihə müəllifləri  Şərq ölkələrini öz poliqonlarına çevirdilər. Şübhəsiz ki,  münaqişənin dərinləşməsində,  islam dininin gözdən salınmasında  təhsilsilsizlik  bir çox səbəblərdən biridir.

Digər təhlükəli tendensiya ondan ibarət idi ki,  həmin münaqişə baş verən ölkələrdə  insanlarda olan  sıxılmış enerji idi.  Demokratik təsisatların  yaranmaması, idarəetmə sistemində  çox mühüm  dəyərlərin  təşəkkül tapmaması  sonda prosesləri daha mənfi istiqamətə yönəltdi.  Xarici müdaxilələrin,  çox çirkin planların təsiri nəticəsində  insanlar  uzun illərdən qalan  həmin sıxılmış enerjini dövlətin,  cəmiyyətin inkişafına deyil, onun dağıdılmasına sərf etdilər.

Bu gün həmin əhali  sağ qalmaq üçün,  səfalətdən, aclıqdan qurtulmaq üçün  Avropaya üz tutub.  ABŞ-ın və bəzi  Qərb dairələrinin  layihəsinin  ağır nəticələri göz qabağındadır. Avropa bu nəticənin dadını  zaman keçdikcə hiss edəcək. Miqrant axınını  ABŞ-ın  Avropanı  iqtisadi cəhətdən cəzalandırmaq planı kimi  təqdim edənlər var. Ancaq bir vacib məqamı unutmaq olmaz.  Fizikanın belə biir bir qanunu var. “Enerji itmir, o nəyə isə sərf olunmalıdır”.  Ya zəlzələdən, ya vəlvələdən indi Avropanın bəzi  dairələrinin  islam dini, ümumilikdə, müsəlman ölkələri ilə bağlı planları  artıq özlərinin əleyhinə çevrilib. Deyəsən, bu xəmir hələ çox su aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir