Modern.az

Putin: “SSRİ-nin çökməsi əsrin faciəsi idi"

Putin: “SSRİ-nin çökməsi əsrin faciəsi idi"

Aktual

28 Sentyabr 2015, 12:24


Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ruslar dünyada ən böyük bölünmüş millətdir və bu onun üçün problemdir.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, bunu amerikalı jurnalistə müsahibəsində deyib: “Mən həqiqətən demişəm ki, Sovet İttifaqının dağılmasını XX əsrin böyük faciəsi hesab edirəm. Bilirsiniz niyə? Hər şeydən əvvəl ona görə ki, eyni saatda Rusiya Federasiyasının sərhədinə 25 milyon rus insanı yığışdı.

Onlar vahid ölkədə yaşayırdılar – birdən sərhəddən kənarda qaldılar. Təsəvvür edirsiniz, nə qədər problem yarandı? Məişət məsələləri, ayrılmış ailələr, iqtisadi problemlər, sosial problemlər – sadəcə, hamısını saymaq olmur. Siz isə hesab edirsiniz ki, bu normaldır, 25 milyon rus insanın sərhədin o üzündə qalması?”

Putinin fikrincə, ruslar indi dünyada ən böyük ayrılmış millətdir: “Bu, problem deyil? Sizin üçün, ola bilsin ki, yox, mənim üçün isə problemdir”.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!