Modern.az

PKK-nın gizli danışıqları yayıldı

PKK-nın gizli danışıqları yayıldı

29 Sentyabr 2015, 00:35

PKK liderlərindən biri Murat Karayılan artıq terror təşkilatına söz keçirə bilmir. Modern.az xəbər verir ki, bunu son rabitə danışıqları da sübut edir.

“Sabah” qəzetinin əldə etdiyi rabitə danışıqlarında təşkilatın Qəndildəki hərbi qanadı HPG-yə aid “Roj” kod adı ilə Türkiyədəki PKK terrorçularının dialoqları yer alır: 

Roj: Şimali və Cənubi Kürdüstandakı hevallar (kürdcə dost, yoldaş), Camalın (Murat Karayılan) sözlərini çatdıracam. Türk ordusunun əməliyyatlarına görə, bir çox yoldaşla əlaqə kəsilib. Camal hərəkətə keçməyinizi istəyir. 

Heval: Əməliyyatlardan başımızı qaldıra bilmirik. Olduğumuz yerdən çıxmağa belə imkan yoxdur.

Roj: Heval, kodunu de və bu söhbəti dayandır. 

Heval: Həqiqəti eşitmək xoşunuza gəlmədi?

Roj: Heval, sonuncu xəbərdarlığı edirəm, bu söhbəti kəs və kodunu de.

 Heval: Camal liderinizə de, qorxmursa, özü gəlib hücuma keçsin. Öz canını xilas etmək üçün bizi ölümə göndərir.

 Roj: Heval, kodunu de və bu söhbəti kəs.

 Heval: Ez (Mən) Sorej, Ez Dəclə, Ez Berfin, Ez Rohan, Ez Nalin, Ez Bejan, Ez Malzgirt… 

(3-5 dəqiqə davam edən alqış və fit səsləri)

 Roj: İcazəsiz danışmayın!

Heval: Camal və Qəndildə olanlar, siz qorxaq toyuqsuz. Siz qorxudan qaçıb, bizi ölümə göndərirsiz. (Axar.az)

 Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür