Modern.az

47 il yaşadığı xəstəxanada öldü

47 il yaşadığı xəstəxanada öldü

Dünya

29 Sentyabr 2015, 23:56

Əsgərliyini başa vurduqdan sonra gəldiyi Bursada rahatsızlaşan Abdullah Kozan 47 il öncə Muradiye dövlət xəstəxanasına müalicə olunmağa gedib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, qısa zamanda xəstəxana rəhbərliyinin sevgisini qazanan və xəstəxanada qalmasına razılıq verilən Abdullah Kozan bir daha oradan çıxmayıb.

Şəkər və astma xəstəliyinə tutulan  Abdullah Kozanı həkimlər və xəstəxana rəhbərliyi oradan çıxarsa da, yenidən qayıdırmış. İllərini xəstəxanada keçirən Kozan keçən həftə cümə günü 47 il qaldığı xəstəxanadan rahatsızlaşaraq həyatını itirib. O, doğulduğu İnegöldə dəfn edilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür