Modern.az

“Taliban” silahlıları Əfqanıstanda hava limanının bir hissəsini ələ keçirib

“Taliban” silahlıları Əfqanıstanda hava limanının bir hissəsini ələ keçirib

Dünya

30 Sentyabr 2015, 01:10

“Taliban” silahlıları Əfqanıstanın Kunduz şəhərində hava limanını ələ keçirməyə cəhd göstəriblər. Modern.az APA-ya istinadən bildirir ki, taliblər son 14 ildə ilk dəfə  Əfqanıstanın şimalındakı Kunduz şəhərini ələ keçirdikdən sonra şəhər yaxınlığındakı hava limanına hücuma keçiblər.

Mənbənin məlumatına görə, aeroport infrastrukturunun 80 faizi artıq silahlıların nəzarətindədir.

Şahidlərin sözlərinə görə,  hazırda aeroport uğrunda ağır döyüşlər davam edir.

  Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!