Modern.az

Səudiyyə Ərəbistanı Əsədi devirməklə hədələdi

Səudiyyə Ərəbistanı Əsədi devirməklə hədələdi

Dünya

30 Sentyabr 2015, 10:53


Səudiyyə Ərəbistanı Bəşər Əsədin prezident postunu könüllü tərk etməyəcəyi halda Suriyada hərbi yolla hakimiyyət dəyişikliyinin mümkün olduğunu istisna etməyib.

Moderrn.az xarici mediaya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda jurnalistlər qarşısında çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib ki, Bəşər Əsədin iki yolu var: könülü getmək, yaxud hərbi əməliyyatlarla onun devrilməsi.

Bununla belə, nazir Ər-Riyadın belə əməliyyatlarda hansı formada iştirak edə biləcəyini dəqiqləşdirməyib.

Adel əl-Cubeyr qeyd edib ki, Bəşər Əsədin siyasi gələcəyini görmür və Rusiyanın Suriyanın indiki hakimiyyəti ilə birgə İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı geniş koalisiya formalaşdırılmaq çağırışı qəbul edilməyib.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır