Modern.az

Deputat Milli Məclisi Qarabağ məsələsini müzakirə etməyə ÇAĞIRDI

Deputat Milli Məclisi Qarabağ məsələsini müzakirə etməyə ÇAĞIRDI

Aktual

30 Sentyabr 2015, 13:00

“Ermənistan ordusunun əsgərlərini tez-tez məhv etməliyik”

“Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirəyə çıxarılmalıdır. Bu müzakirələrdə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər aidiyaytı qurumlar da iştirak etməlidir”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının  (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, burada məqsəd dünya birliyinə mesaj vermək olmalıdır:

“Biz bundan sonra torpaqlarımızın işğalı ilə barışası deyilik. Avropa onlara gələn qaçqınlarla bağlı səs-küy salır və onları saxlaya bilməyəcəklərini qeyd edir. Azərbaycan isə 1 milyon qaçqınını saxlayır. Onların çoxu iş yerini itirib, onların çoxu yataqxanalarda və ya digər yerlərdə acınacaqlı halda yaşayır.

Bundan sonra nə edəcəyimizi müzakirə etməliyik. Tanınmış simaların iştirakı ilə bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac var. Ordumuz çalışmalıdır ki, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər Ermənistan sərhəddə daimi itki versin. Biz ara-sıra yox, daimi olaraq düşmən ordusunun əsgərlərini məhv etməliyik”.

Aytən Zəhra

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!