Modern.az

Rusiya ABŞ-dan hərbi təyyarələrini Suriyadan dərhal çıxartmağı tələb etdi

Rusiya ABŞ-dan hərbi təyyarələrini Suriyadan dərhal çıxartmağı tələb etdi

Dünya

30 Sentyabr 2015, 14:45

Rusiya hakimiyyəti ABŞ-dan hərbi təyyarələrini yubanmadan Suriyanın ərazisindən çıxartmağı tələb edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu “Fox News” telekanalına yüksək vəzifəli amerikalı mənbə xəbər verib.

“ABŞ hakimiyyətindəki yüksək vəzifəli məmur müxbir Cen Qriffinə xəbər verib ki, Rusiya hakimiyyəti ABŞ-dan öz təyyarələrini tezliklə Suriya ərazisindən çıxartmağı tələb edib”, - telekanalın xəbərində bildirilir.

Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi xəbər yayıb ki, Bağdaddakı informasiya mərkəzi İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına Suriya ərazisində hava zərbələri vurulmasını koordinasiya edir və bu informasiyaları ABŞ nümayəndələrinə ötürür. Nazirlikdə onu da qeyd ediblər ki, Rusiya ordusunun iştirakı ilə Suriya ərazisində keçiriləcək hava əməliyyatları ilə bağlı həm həmin informasiya mərkəzinə, həm də amerikalı tərəfdaşlara xəbər verilib.  

Artıq Rusiyanı həmin mərkəzdə təmsil edəcək Rusiya Baş Qərargahının general rütbəli zabitinin də adı məlumdur.

Rusiya Federasiya Şurası bu gün prezident Vladimir Putinin xahişi ilə silahlı qüvvələrdən xarici ölkə ərazisində istifadə ilə bağlı müraciətinə müsbət cavab verib.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?