Modern.az

Silah anbarı tapıldı

 Silah anbarı tapıldı

1 Oktyabr 2015, 00:58

Livanda həbs olunmuş vəhhabi şeyxinə aid anbarda partlayıcı və çox miqdarda silah tapılıb. 

Modern.az Axar.az-a istinadən xəbər verir ki, Əhməd əl-Əsirə məxsus anbarda silah-sursat müsadirə olunub. 

Silahlar arasında RPG tank əleyhinə sistem, top mərmisi və onlarla bomba aşkar edilib. Bir vəhhabi terrorçu isə həbs olunub. 

Livan hüquq-mühafizə orqanları Əhməd əl-Əsiri avqustun 15-də Beyrut hava limanında qadın libasında ölkədən qaçarkən həbs edib. Onun Livan ordusuna qarşı terror aktında rolu olduğu bildirilir. 

Modern.az
 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir