Modern.az

Xarici İşlər Nazirliyindən deputatın Qarabağla bağlı təklifinə REAKSİYA

Xarici İşlər Nazirliyindən deputatın Qarabağla bağlı təklifinə REAKSİYA

Aktual

1 Oktyabr 2015, 12:19

Son günlər cəbhədə vəziyyətin gərginləşməsi, Azərbaycan ordusunun şəhid verməsi, eləcə də, qarşı tərəfin çoxlu sayda əsgər itkisi sıravi vətəndaşdan başlayaraq hamını - ziyalıları rəsmi şəxsləri də narahat edir.

Atəşkəsin intensiv şəkildə pozulması ATƏT-in Minsk qrupunun da ciddi narahatlığına səbəb olur.

Ötən gün  Milli Məclisin plenar iclası zamanı deputat Qüdrət Həsənquliyev də çıxışı zamanı cəbhədə baş verənlərə toxunub. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqmətində təkliflə çıxış edib.   O, Dağlıq Qarabağ probleminin Milli Məclisdə müzakirəyə çıxarılmasının vacibliyini bildirib və bu polemikada Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, eləcə də digər qurumların iştirak etməsi təklifini irəli sürüb.

Modern.az deputatın səsləndirdiyi fikirə münasibət öyrənməyə çalışıb.  

Xocalıdan olan deputat Elman Məmmədov təklifi yüksək qiymətləndirib.  

“Fərz edək ki, hamını Milli Məclisə topladılar və hər kəs  nitq söylədi. Bu, məsələyə mane olan məqam deyil. O səbəbdən də Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasının tərəfdarıyam.

Cəmiyyətə də məlum olacaq ki, ölkədə ictimaiyyətin, ziyalıların, müxtəlif təbəqələrin, rəsmi dövlət qurumlarının, millət vəkillərinin mövqeyi nədən ibarətdir. Bu təklifin səsləndirilməsi münaqişənin əslinə ziyan verən iş deyil.

Əksinə, məsələnin həll olunmasına, münaqişə ətrafında fikirlərin aydınlaşmasına  yardım edən təklifdir. Belə olan halda, beynəlxalq təşkilatlar  bizdə münaqişənin həllinə olan yanaşmanın daha da ciddi olduğunu görəcəklər. Eyni zamanda, Azərbaycanı təmsil edən insanların müxtəlif fikirləri ilə tanış olacaqlar. Hər kəsin mövqeyi ortaya qoyulacaq və yekun qərar qəbul olunacaq. Həmkarımın təklifi ilə həmfikirəm”.  

Xarici İşlər Nazirliyindən də məsələyə münasibət öyrəndik. XİN-in cavabı belə oldu: “Xarici İşlər Nazirliyi  tərəfindən hörmətli millət vəkillərimizin fikirlərinə  və qanunverici hakimiyyətin mövqeyinə hər zaman böyük hörmətlə yanaşılır”.

Namidə BİNGÖL

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!