Modern.az

Himn çalınanda niyə hamı oxumur? - Şirməmməd Hüseynov: “Bu, baş tutan şey deyil”

Himn çalınanda niyə hamı oxumur? - Şirməmməd Hüseynov: “Bu, baş tutan şey deyil”

Aktual

1 Oktyabr 2015, 12:15

Dövlətin rəmzlərindən biri onun himnidir. Himnimiz çalınarkən hər bir azərbaycanlı ona sayğı göstərməlidir. Müşahidələr göstərir ki, müxtəlif tədbirlərdəki açılışlar zamanı himn çalınır, hamı da ayaqüstə qulaq asır. Amma sadəcə qulaq asır, onu ifa etmir. Niyə? Himni oxumağı özlərinə yaraşdırmırlar, ya sözlərini bilmirlər?

1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin şair Əhməd Cavadım sözlərinə bəstələdiyi “Azərbaycan marşı” – indiki himnimizi ifa edə bilməyənlər bu haqda müxtəlif arqumentlər səsləndirirlər... çox qəmgin notlar üzərində yazılıb və ya himn dəyişdirilsin kimi...

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən yaradılan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilib.

Milli Məclisin 1993-cü il 2 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının Dövlət himni haqqında əsasnamə” təsdiq edilib.

Professor Şirməmməd Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, himn Azərbaycan insanına hələ məktəbdən öyrədilməlidir.

“Uşaq vaxtı məktəbdə hamı himni oxuyur, əzbərləyir. Bütün dünyada belədir. Məktəblərdə araşdırın ki, şagirdlərə öyrədilir, ya yox. Ondan sonra məsələ qoymaq lazımdır ki, uşaqlara məktəblərdə himn öyrədilməlidir ki, böyüklər də oxusunlar. Bu günün yaşlı nəsli sovetlərdən qalmadır. İndi camaat himn əzbərləmir. İnsanların o qədər dərdi var ki, bu dərdlər içərisində himn əzbərləməyəcək. Onların hamısı Azərbaycanın sovet dövründəki himnini bilir, çünki məktəbdə bunu bizə öyrədiblər. İndi aqşaqqal, ağbircəklərə deyək ki, “gəlin himnimizi öyrənin”, bu, baş tutan şey deyil. Çünki bu, təkamüllə olur”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!