Modern.az

Məşhur filmlərin uğursuz romanları - MARAQLI

Məşhur filmlərin uğursuz romanları - MARAQLI

1 Oktyabr 2015, 16:30


Şah əsərlərin əsasında ekranlaşdırılan filmlər adətən oxucuları, eləcə də izləyiciləri məmnun etmir. Lakin dünya praktikasında bunun tam əksinə olan hallar da yox deyil. Belə ki, məşhur romanın motivləri əsasında çəkilən film bir müddət sonra o qədər  sevilir ki, özünün ədəbi anasını da geridə qoyur. Modern.az dünya miqyasında ən məşhur romanların əsasında çəkilməsinə baxmayaraq onları belə, geridə qoyan filmlərdən bəhs edir...

Mario Puzo, “Ata” (1969)

“Mafiya ədəbiyyatı”nın ən ünlü nümayəndələrindən olan italiyalı Mario Puzonun məşhur əsəri rejissor Frensis Ford Koppola tərəfindən ekranlaşdırılıb. Burada 1940-50-ci illərin Amerikasında, bir italyan mafiya ailəsinin hekayəsindən bəhs edilir. Don Korleonenin qızı Koninin toyunda, ailənin ən kiçik oğlu və bir müharibə veteranı olan Maykl atası ilə barışır.
Bir sui-qəsd cəhdi, Donu artıq işləri idarə edə bilməyəcək vəziyyətə saldıqda, ailənin başına Maykl və qardaşı Sonni keçir. Müşavirləri Tom Hagenin də köməyi ilə digər ailələrə savaş açan Korleone ailəsi köhnə üsulları dəyişməyə başlayır. Hamının yaddaşında “Xaç atası” kimi qalan film təbii ki, Puzonun  “Ata” romanını öz kölgəsində saxlamağı bacardı.

Cak Palanik, “Döyüşçü klubu (1996) 

Cak uzun müddət yuxusuzluq xəstəliyindən şikayət edən sığorta agentidir.  Öz psixoloji çətinliklərindən qurtula bilmək üçün müalicə alır. Bu zaman əvvəlcə Marla adlı qızla, daha sonra isə həyatını dəyişdirəcək Teyler Durden ilə tanış olur.  Durden, Cakın çatmaq istədiyi bütün məqsədlərə sahiblənmiş bir adamdır. O, Cakı heç vaxt haqqında danışılmasına icazə verilməyən  gizli bir təşkilatla - “Döyüşçü Klubu” ilə tanış edir. Əsərin motivləri əsasında çəkilən film çox böyük uğur qazanır. Palanikin romanı nə qədər məşhur və maraqlı olsa da filmin kölgəsində qalır.

“Forrest Qamp” (1986)

Film kimi 1980-ci illərin sonunda partlayış yaradan “Forrest Qamp” əslində uğursuz bir romanın motivləri əsasında lentə alınıb. Uinston Qrumun eyni adlı romanı əsasında çəkilən filmdə aşağı zəka tutumuna (IQ-yə) sahib Forrest Qamp Cenniyə aşiq olur. Qamp aralarında Elvis Presli, Kennedi, Niksonun da olduğu tarixi şəxslərlə təsadüfən tanış olur. Filmdə hadisələr 1950-ci illərdən 1970-ci illərin sonuna qədər davam edir. Qamp sırf təsadüf nəticəsində Vyetnam müharibəsinə və Amerikanın yaxın tarixinin əhəmiyyətli hadisələrinə şahidlik edir. Ancaq bilmədən etdiklərinin nə qədər əhəmiyyətli nəticələri olduğundan da xəbəri yoxdur.

Robert Blok, “Psix”

“Psix” dəhşət filmlərinin atası sayılan məşhur rejissor Alfred Hiçkokun çəkdiyi film təbii ki, Robert Blokun eyniadlı romanını kölgədə qoymalı idi.
Film Alfred Hiçkokun şah əsəri hesab edilir. Burada  Marion Kreyniyə zəngin bir adam pul əmanət edir. Bundan sonra polislər Marionun şübhəli davranışları səbəbindən onun izinə düşür. Ancaq Marionun ardınca yalnız polislər deyil, eyni zamanda tanıdıqları da gedir. Sevgilisi ilə görüşməyi planlaşdıran Marion gecəni bir oteldə keçirməyə qərar verir. Mehmanxanadan içəri girər- girməz qəribə şeylər olduğunun fərqinə varır. Bütün maraqlı hadisələr ədə bundan sonra cərəyan edir.

Tomas Harris, “Quzuların sükutu”

Amerika yazıçısı Tomas Harrisin eyniadlı romanı bədii əsər kimi o qədər də uğur qazanmadı. Amma ustalıqla hazırlanan ssenarinin sayəsində çox maraqlı ekran əsəri ərsəyə gəldi.

Akademiyadan məzun olan gənc- xüsusi orqan agenti Klaris Sterlinq, təhlükəli qatilin əlində növbəti qurban olacaq gənc qadını xilas etməyə çalışır. O, qatilə çatmaq üçün başqa bir psixikası pozulan mayakla - məşhur doktor Hannibal Lekterlə yaxınlaşır. Lekterdən məlumat alması üçün öncə onun etimadını qazanması lazımdır. Filmdə maraqlı hadisələr də bu tanışlıqdan sonra başlayır.

Doktor Stranqlav” -kino sahəsinin məşhur isimlərindən olan Kubrikin maraqlı filmlərindən biridir. “Soyuq müharibə”yə alternativ olan bir yanaşmanı əks etdirən filmdə, Sovet Sosialist Respublikaları İttifaqına hücum etmək istəyən dəli general Con D. Ripper xarakteri ön plana çəkilir.

 Bu qəribə millətçi “soyuq müharibə”  zamanında rusların "Amerikan xalqının bədən mayelərini çirkləndirdiyi" və bu səbəblə də SSRİ-yə nüvə hücum etməyi qərara alır.

Stefan Kinq, Parıltı”

Film dünyanın ən çox qazanan yazarlarından olan ünlü fantast Stefan Kinqin romanı əsasında çəkilib.  Stenli Kubrik tərəfindən ekranlaşdırılan film yazıçı Cak Torransın qış mövsümündə qapalı olan “Overlook” Otelinin qayğını götürərək ailəsiylə birlikdə ora yerləşməsindən sonra inkişaf edən metafizik hadisələrdən bəhs edir. Cakın fövqəltəbii hisslərə malik olan kiçik oğlu, zamanla otelin içərisində yalnız olmadıqlarını, keçmiş və gələcəkdən gələn xəyallarla birlikdə yaşadıqlarını görür və ailəsini buna inandırmağa çalışır. Ailə bir qar fırtınası səbəbiylə dağda yerləşən bu oteldə məcburən qalanda o, fövqəltəbii varlıqlar tərəfindən ələ keçirilir və yavaş-yavaş ağlını itirməyə başlayır.

Türkan BƏŞİR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir